15 dekabr 2024 at 19:48
Jurnalist kodu: 5561
Xəbər kodu: 85691009
T T
0 Persons
Suriya və Fələstin alimlərinin öldürülməsi və Qəzzə universitetlərinin dağıdılmasının pislənilməsi

Tehran - İRNA - Mikrobiologiya sahəsində görkəmli alim doktor Zöhrə Əl-Humsiyyə, üzvi kimyaçı doktor Həmdi İsmayıl Nadi və görkəmli fizik və astrofizik, Suriyanın məşhur alimlərindən doktor Şadiya Rifayi Əl-Həlbalin terror edilməsi dünya elmi ictimaiyyətini şoka saldı.

Bu terror aktlarının iğtişaşlar vaxtı ilə üst-üstə düşməsi və terror modeli Amerikanın İraqı işğalı zamanı imperialist və sionist ünsürlərin universitet professorlarına və İraq elitasına qarşı hədəflənmiş terrorlarını xatırladır.

Sionist rejim və ABŞ İraqın işğalı zamanı bu ölkənin alimlərini və elmi sərvətlərini qətlə yetirdilər, halbuki bu məsələyə az diqqət yetirildi. Amma 2005-ci ildə ABŞ Dövlət Departamentinə aid sənəddə 730 iraqlı alim və elitanın Mossad ünsürləri tərəfindən və birbaşa ABŞ nəzarəti altında öldürülməsinin təfərrüatları ifşa oldu. Bu hesabata görə, Mossad ünsürləri İraqda nüvə və biologiya alimləri və tanınmış universitet professorlarına sui-qəsd etmək məqsədi ilə fəaliyyət göstərirdilər və ən azı 530 iraqlı alim və 200-dən çox universitet professoru və digər akademik şəxsiyyətlər ABŞ və İsrail rejiminin İraqda terror siyahısında idi. Misir və İranda müsəlman alimlərə qarşı məqsədyönlü terrorların da uzun tarixi var. İranın nüvə alimləri Məsud Əli Məhəmmədi, Məcid Şəhriyari, Mustafa Əhmədi Rövşən, Daryuş Rezayinejad və Möhsin Fəxrizadənin terror edilməsi İsrail tərəfindən həyata keçirilən açıq terror hadisələrindəndir.

2023-cü ilin oktyabrında sionist rejimin Qəzzə zolağına qəddar hücumları başlayandan bəri sionist qüvvələr bu bölgədə universitetlər də daxil olmaqla 200-dən çox təhsil mərkəzinə çoxsaylı hücumlar həyata keçirib. Birləşmiş Millətlər Təşkilatı 2024-cü ilin iyul ayında elan etdi ki, Qəzzədə yerləşən 19 universitetinin hamısı bombalanıb, universitet binalarının 80%-i dağıdılıb. Həmçinin 103 universitet üzvünün qətlə yetirildiyini və ali məktəblərə daxil olan 90 000 tələbənin yaralandığını bildirdi.

Birləşmiş Millətlər Təşkilatı heç olmasa sionist rejimin universitetlərə və tədqiqat mərkəzlərinə qarşı çılğın hücumlarını dayandıra bilmədi. Doğrusu, Qəzzənin akademik mərkəzlərinə hücum etmək əvəzinə Sarbonna Universiteti və ya MİT bombalansaydı, BMT buna belə tamaşa edərdi?

Sionist rejimin İslam dünyasında (İran, İraq, Suriya, Fələstin, Livan və s.) alimləri qətlə yetirməsindəki düşmənçilik hərəkətləri, elmi mərkəzləri bombalaması və sənaye vandalizmi yaratması, elmi və sənaye infrastrukturlarını dağıtması İsrailin cinayətlərinin digər tərəfidir və bu hərəkətlərdə məqsədi müsəlman ölkələrini elmi, sənaye və iqtisadi cəhətdən geri çəkmək və inkişafınında (elmi, sənaye və iqtisadi aspektlərdə) xələl yaratmaqdır. Əks halda bir universitet professorunu, bir ölkənin tanınmış alimlərini sui-qəsd etmək üçün heç bir əsas yoxdur.

Müəllif: Mehdi Badpa, İran Elm Nazirliyinin mədəni və sosial məsələlər üzrə baş direktoru

Sizin rəyiniz

You are replying to: .